16 mar 21:28siyaset

Səfirin fəaliyyətini fəaliyyətsiz kimi dəyərləndirirəm - Politoloq

Səfirin fəaliyyətini fəaliyyətsiz kimi dəyərləndirirəm - PolitoloqMəhəmməd Əsədullazadə
politoloq

ABŞ-ın ölkəmizdə səfiri Robert Sekuta bu ayın sonunda səlahiyyət müddəti bitərək ölkəni tərk edəcək. Səfirin üç il ərzində fəaliyyətini fəaliyyətsiz kimi dəyərləndirirəm. Düzdür, ABŞ enerji sahəsində ölkəmizlə əməkdaşlıq edir və öz siyasi dəstəyin əsirgəmir. Amma, bu dəstək əsasən ABŞ-ın iqtisadi regional siyasətindən irəli gəlir.

Cənab Sekuta səfir kimi fəaliyyətə başlayanda, qeyd etmişdim ki, bu səfir, sələfilərindən fərqli olaraq daxili siyasətə qarışmayacaq və sakit şəkildə öz missiyasını həyata keçirəcək.

Artıq səfirin səlahiyyət müddəti ABŞ-Azərbaycan arasında yaşanan siyasi böhran fonunda bitir. Bəli, rəsmi Bakı haqlı olaraq Vaşinqtona Qarabağ separtçılarının başçısı Bako Saakyanın səfərinə görə nota verdi.

Təbii ki, Robert Sekuta öz missiyası dövründə ABŞ -Azərbaycan əlaqələrinin möhkəmlənməsi üçün əməli iş görmədi.

Qeyd edim ki, ABŞ-ın Azərbaycana bir müddət səfir göndərməsi gözlənilmir. Həm Rusiya, həmçinin ABŞ-ın səfirlərinin Bakını tərk etməsi, Qarabağla bağlı Azərbaycana təzyiq siyasətindən qaynaqlanır.

Həm Vaşinqtonda, həmdə Moskvada Azərbaycanı Qarabağla bağlı danışıqlarda ciddi güzəştlərə məcbur etməyə çalışırlar. Unutmayaq ki, ABŞ, Qarabağı "907-ci" düzəlişində "Azad ərazi" kimi tanıyır.
loading...
XƏBƏR LENTİ