14 mar 20:44siyaset

"Prezident anti-Azərbaycan qüvvələri mat vəziyyətinə saldı"

"Prezident anti-Azərbaycan qüvvələri mat vəziyyətinə saldı"“Prezident İlham Əliyevin prezident seçkilərinin 6 ay əvvəl keçirilməsi ilə bağlı verdiyi fərmanı konkret olaraq anti-Azərbaycan qüvvələri sözün həqiqi mənasında mat vəziyyətinə saldı”.

Publika.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Avropada yaşayan bir sıra şəxslərin Azərbaycana qarşı fəaliyyətini şərh edərkən deyib.

“Baş vermiş hadisəni qiymətləndirə və atılacaq addımın nədən ibarət olacağını bilməyən bu qüvvələr Avropada yaşayan bir sıra şəxsləri öz fəaliyyətlərinə qoşdular. Bu günə qədər baş verməmiş olayları həyata keçirdilər. Söyüş, təhqir, adət-ənənələrimizin aşağılanması, mental dəyərlərimizin ayaqlar altına atılması prosesinə başladılar”, - o bildirib.

Niyaməddin Orduxanlının sözlərinə görə, çox təəssüf ki, bu prosesə paralel olaraq Azərbaycan radikal müxalifətini də cəlb etdilər:

“Xaricdə yaşayan natəmiz, sözün əsl mənasında nadürüst, murdar adamlardan yararlanmaq siyasətini apardılar. Açıq şəkildə radikal müxalifətin başında duran Əli Kərimli bu kampaniyanın aparıcılarından birinə çevrildi. Tapşırıq xaricdən gəldiyindən Əli Kərimli bundan imtina edə bilməzdi. Qarşılıqlı əməkdaşlıq çərçivəsində bu birlik yaranıb. Opponetləri təhqir etmək və bunu ictimailəşdirmək əsas hədəfləri oldu. Əli Kərimli bu prosesi “seçki texnologiyasi” kimi təqdim etsə də, əsas marağı bu yolla daha çox insanı prosesə qoşmaq və nəzərdə tutulan aksiyaya daha çox insanı cəlb etmək oldu. Təsadüfü deyildi ki, qeyri-rəsmi müsəlman ölkəsi sayılan Azərbaycanda dünyasını dəyişmiş insan haqqında video-şantaj işə düşdü. Ancaq bu təxribat tezliklə fiaskoya uğradı. Hər kəs açıq şəkildə gördü ki, bu, bilərəkdən özləri tərəfindən hazırlanmış və ictimai düşüncəyə hesablanmış “əl işidir”. Baş vermiş hadisə əslində radikal müxalifətin özünü əleyhinə yönəlmiş bir bumeranq oldu”.

Partiya sədrinin müavini vurğulayıb ki, prezident seçkilərinə hazırlanmış təxribatlar cəmiyyət tərəfindən dəqiqliklə müşahidə edilir:

“Düzdür, bəzi fürsətçil insanlar da bu prosesə açıq şəkildə dəstək verirlər. Keçmiş hüquqşünas Aslan İsmayılov kimi tiplərin “bu hadisədən qan iyi gəlir”, “ cəmiyyət qana sürüklənir” şəklində avantürasına da rast gəlirik. Əslində İsmaylov kimilərin ən böyük arzusudur ki, Azərbaycan dövlətində sabitlik pozulsun və vətəndaş qarşıdurması dərinləşsin, xaos hökm sürsün. Bu tiplərin arzuları ürəyində qalacaq! Azərbaycan 11 aprel seçkisindən də üzüağ çıxacaq!”
loading...
XƏBƏR LENTİ