12 mar 18:28siyaset

Prezidentliyə namizəd Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentliyə namizəd Heydər Əliyevin məzarını ziyarət etdiAzərbaycan Respublikası prezidentliyinə namizəd Zahid Oruc və onun seçki qərargahının üzvləri Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Avrasiya.net xəbər verir ki, ziyarət zamanı millət vəkili Zahid Oruc çıxış edərək müasir Azərbaycan dövlətinin qurucusuna olan mənəvi borclarını yerinə yetirdiklərini bildirib. O vurğulayıb ki, Heydər Əliyevin önündə baş əymək, millət qarşısında başını dik tutmağı haqq etmək deməkdir:

“Dünyada böyük dövlət adamlarının adı ətrafında nə qədər fərqli müzakirələr aparılsa da, siyasətçilər, partiyalar və hərəkatlar millətin xilaskarına çevrilən şəxsiyyətlərin tarixi rolunu inkar etməyə çalışmırlar. Ona görə də varislik ənənələri yalnız bir təşkilata, ideologiyaya və şəxsə aid deyil. Heydər Əliyev siyasi irsinin davamçısı olmaq üçün müxalif dünyagörüşün daşıyıcısı kimi çıxış edənlərin heç birinə yasaq yoxdur. İqtidarın siyasəti əleyhinə ola bilərsən, lakin milli liderin portretini başın üzərində asmaq dövlətin məhək daşını tanımağınız və ona ehtiram göstərməyiniz deməkdir”.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası bu gün prezidentliyə namizəd olan şəxslərə namizədlik vəsiqəsini təqdim edib.
loading...
XƏBƏR LENTİ