05 fev 12:47siyaset

“Sizi növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə çağırıram”

“Sizi növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə çağırıram” Növbədənkənar prezident seçkiləri həmkarlar ittifaqları qarşısında vəzifələr qoyur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Qurultayında çıxışında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə.Həsənov qeyd edib: "Bildiyiniz kimi, aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu seçkilər həmkarlar ittifaqları qarşısında vəzifələr qoyur. Həmkarlar ittifaqları həmişə prezident seçkilərində dövlət başçısı İlham Əliyevi dəstəkləyib və inanırıq ki, bu dəfə də öz sözlərini deyəcəklər. Sizi növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə çağırıram".

Qeyd edək ki, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ