08 apr 13:55siyaset

Əli Kərimli ermənilərə işləyir?

Əli Kərimli ermənilərə işləyir?“Ölkənin dar günündə erməni maraqlarına xidmət edənlər bizdən deyil”.

Bu fikirləri AzVision.az-a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.

Millət vəkili bildirib ki, kimlər bu işlərlə məşğuldursa, onun damarlarında erməni qanı axır: “Belə qüvvələrin başında Əli Kərimli və onun komandası durur. Bu adamlar xəstədir. Onlar iqtidardan intiqam almaq hissi ilə alışıb-yanırlar. Ona görə də vətənin taleyi ortaya gələndə yad element kimi özlərini aparırlar. Hesab edirəm ki, belələrinə aramızda yer yoxdur. Əgər ölkə daxilində vahid mövqedən çıxış etmiriksə, diqqətimizi ermənilərə qarşı yönəltmiriksə, bu, bizim üçün faciədir”.

Deputat hesab edir ki, Əli Kərimlinin hərəkətləri vaxtsız xoruz banıdır: “Bu, təəssüf doğurur. Doğrudur, onların heç bir təsir gücü yoxdur. Lakin, bunların iqtidara qarşı sərgilədiyi mövqe, özlərinəməxsus intonasiya ilə proseslərə yanaşmasından ermənilər əleyhimizə istifadə edirlər. Bunu cəmiyyət, mətbuat ifşa etməlidir. Mətbuat onların iç üzünü açmalı, maskasını yırtıb ortaya qoymalıdır ki, Əli Kərimli, sən busan. Bu mübarizədə heç kimə güzəşt olmalı deyil”, -deyə F.Ağamalı vurğulayıb.

Partiya sədri qeyd edib ki, Əli Kərimlinin dar gündə iqtidar əleyhinə söylədiyi fikirlər xəstə təxəyülün ifadəsindən başqa heç nə deyil: “Onların fikirləri bulaq başında qeybətə bənzəyir. Sanki qoca nənələrdir, bulaq başına toplaşıblar qeybət edirlər. Belə fikirlər ikrah doğrur və özlərini ifşa edirlər. Hesab edirəm ki, belə fikilər səsləndirən Əli Kərimli faciə içərisindədir”.

F.Ağamalı əlavə edib ki, Ə.Kərimli iqtidara gəlmək üçün erməni qapısında kölə olmağa hazırdır: “Bunlar bir zamanlar deyirdi ki, iqtidarı devirmək üçün düşmənlə, şeytanla əməkdaşlıq etməyə hazırıq. Bu gün də yanaşmalarına sadiqdirlər. Ancaq, boş xəyallardır. Çünki, ölkə iqtidarı çox güclüdür və cəmiyyət tərəfindən dəstəklənir”.

Qeyd edək ki, AXCP sədri Əli Kərimlinin son günlər cəbhədəki hadisələrlə bağlı səsləndirdiyi fikirlər erməni KİV-lərində Azərbaycana qarşı istifadə olunur. Ə.Kərimlinin Azərbaycanda səs günlərdə düşmən dəyirmanına su tökməsi sosial şəbəkələrdə, siyasi cameədə haqlı olaraq etiraza, qınağa səbəb olub.

Sosial şəbəkələrdə hətta onun ermənilərə işləməsi haqda müxtəlif səpkili statuslar paylaşılır.
loading...
XƏBƏR LENTİ
21-05-2018, 21:24