21 dek 11:52siyaset

“Nə İsa Qəmbərin, nə də Əli Kərimlinin prezident seçilmək şansı var”

“Nə İsa Qəmbərin, nə də Əli Kərimlinin prezident seçilmək şansı var”Niyaməddin Orduxanlı: “ Radikal müxalifət bu gün çox zəyif durumdadır. Heç vaxt İsa Qəmbər, Əli Kərimliyə güzəştə getməz. Və yaxudda Əli Kərimli də İsa Qəmbərə. Radikal müxalifət 50 000 imza toplamaq gücündə deyil”

Keçmiş daxili işlər naziri, Millətçi Demokrat Partiyasının lideri İsgəndər Həmidovun Moderator.az saytına verdiyi müsahibəsində Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərində “ İsa Qəmbərlə Əli Kərimlinin şansı daha çoxdur” deməsi konstruktiv müxalifət düşərkəsində birmənalı qarşılanmayıb.

Bununla bağlı Moderator.az saytına açıqlama verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, 2018-ci il prezident seçkilərində adı çəkilən şəxslərin qalıb gəlmək şansı qətiyyən yoxdur:

“Təbii ki, razılaşmıram. Nə İsa Qəmbərin, nə də Əli Kərimlinin prezident seçilmək şansı yoxdur! Faizlə ölüçülsə belə faiz göstəricisi 0 % bərabər olacaq. Hər zaman reallğa söykənmişəm. Baxın onların cəmiyyət də tutduğu mövqeyə, nufuza. İsa Qəmbər sonuncu dəfə 2010-cu il parlament seçkilərində iştirak edib və İlham Əliyevin müxbirinə məğlub olub. İlham Əliyevin müxbirinə məğlub olan adam prezident seçkilərinə hansı qələbəni qazana bilər?! Və heç bir beynəlxalq təşkilat o aman bəyant vermədi ki, İsa Qəmbərin qallb olub. Söhbər parlament seçkilərindən gedir. Daha sonra cəmiyyət Müsavat partiyasında baş vermiş dərin böranın şahidi oldu. Qurulyatından sonra xeyli sayda insanlar partiyanı tərk etdi. Səbəb də Arif Hacılının partiya başqanı seçilməsi oldu. Hak-hazırda Müsavat partiyası böyük itkilərə məruz qalmış və çox zəyif bir partiyaya çevrilib. Şəxsən mən inanmıram ki, prezident seçkilərində qeydə alınmaq üçün seçki məcələsində tələb olunan 50 000 imzanı topla bilsin. Bəli, İsa Qəmbər bu gün 50 000 imza toplmaq gücündə deyil, o ki qaldı qalıb gəlmək...

Əli Kərimliyə gəldik də isə, bu adamın ən yaxın qohumlarının böyük əksəriyyəti Avropanın ən inkişaf etmiş ölkələrində, Hollandiyada, Fransada, Almaniyada “siyasi mühacir” statusu ilə yaşaır. Övladları İngiltərədə yaşayır. Hər kəs gözləyir ki, bu yaxınlarda Əli Kərimlinin özü də xarici ölkələrinin birinə köçəcək. Sadəcə, xarici pasportu olmadığından gedə bilmir.

Əli Kərimlinin 5-10 şablon cümləni əzbərləyib təkrar-təkrar danışması onun şansının yüksək olması mənasına gələ bilməz. Ətrafında bir nəfər göstərə bilməzsiniz ki, həmin adam Elçibəyin zamanında partiya rəhbərliyində olub. Elçibəy dünyasını dəyişəndən sonra partiyanın 19 nəfərlik Rəyasət heyətinin bir nəfər üzvü belə partiyada qalmadı. Səbəb də Əli Kərimli şəxsi ambissiyaları. Və sonda bir daha qeyd etmək istəyirəm ki, radikal müxalifətin 2018-ci il prezident seçkilərində 50 000 imza toplamaq imkanları yoxdur, nəinki qalib gəlmək.”
loading...
XƏBƏR LENTİ