05 apr 12:36siyaset

ALDP: Qan vermə kampaniyasına başlayaq

ALDP: Qan vermə kampaniyasına başlayaq Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət və son günlər cəbhə bölgəsində keçirilən hərbi əməliyyatlar müzakirə olunub. Azərbaycan ordusunun erməni düşmənlərə verdiyi layiqli cavab yüksək qiymətləndirilib. İclasda Azərbaycan cəmiyyətinə, vətəndaşlara müraciət qəbul olunub. Müraciətdə deyilir: Son günlər erməni düşmənləri layiqincə cavab alaraq Azərbaycan torpaqlarından böyük itki verərək qaçırlar. Nəhayət ki, ermənilər ordumuzun həqiqi gücünü gördülər. Bu gücü bizim igid əsqərlərimiz göstərdi. Allah şəhidlərimizi rəhmət eləsin! Bu gün bizim ordumuzda döyüşən əsgərlərimizə hər tərəfli dəstək verilməlidir. Azərbaycan Liberal Demokrat Partiyası vətəndaşlara müraciət edir ki, hamılıqla qan vermə kampaniyasına başlayaq. Yaralı olan əsgərlərə biz də bu formada dəstək olaq.
ALDP mətbuat xidməti
loading...
XƏBƏR LENTİ
22-06-2018, 15:27