29 okt 14:24siyaset

3 milyon söz verib, yoxa çıxan Elkaponi də prezident olmaq istəyir

3 milyon söz verib, yoxa çıxan Elkaponi də prezident olmaq istəyirBir müddət Azərbaycanda yaşayan və siyasi fəaliyyətlə məşğul olmağa cəhd göstərən, amma 90-cı illərin sonunda siyasətdən tam çəkilib və Rusiyadakı biznesini inkişaf etdirən azərbaycanlı iş adamı Füzuli Məmmədov (Frenk Elkaponi) da prezident olmaq iddiasındadır.

Qeyd edək ki, 1963-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olan Fizuli Məmmədov ixtisasca hüquqşünasdır.

20 yaşında Rusiyaya köçən Fizuli sahibkar kimi böyük uğurlar qazanır. 1989-cu ildə “İnterserver” şirkətinin prezidenti vəzifəsinə keçir. Onun Moskvada və Rusiyanın bir çox şəhərlərində “Frend Fondu” fəaliyyət göstərir.

Hazırda həm Rusiya, həm də İtaliya vətəndaşı olan F.Məmmədovun adını və soyadını dəyişdirməsi cəmiyyətdə heç də birmənalı qəbul olunmur. Düzdür sahibkar sonradan Frenk Elkaponi ad və soyadından imtina etsə də, uzun müddət bu ləqəblə yaşayıb. Nəinki Rusiyada, hətta Azərbaycanda da onu bu adla tanıyırlar. Özünə əcnəbi ləqəb götürməsini sırf texniki səhv kimi qiymətləndirən azərbaycanlı iş adamının birinci həyat yoldaşı italiyan əsillidir və Elkaponi soyadını daşıyıb.

Fizuli Məmmədov bir müddət aktiv siyasətlə də məşğul olub. Azərbaycanda “XXI əsr Azərbaycan” adlı partiyası fəaliyyət göstərib. Deyilənlərə görə, həmin illərdə partiyanın rayon təşkilatlarına rəhbərlik edən şəxslər 300-500 dollar arası maaş alırmışlar.

Bir ara adı “Milyarderlər İttifaqı” ilə əməkdaşlıqda hallanan F.Məmmədov qəti şəkildə bu iddiaları rədd edib. O, mətbuata açıqlamasında ümumiyyətlə siyasi fəaliyyətlə məşğul olmadığını deyib.

2014-cü ildə Moskvadakı biznesini Avropaya köçürən F.Məmmədovun bu addımının səbəbi kimi Moskva meri olan Lujkovun vəzifədən getməsi göstərilirdi.

İki uşaq atası olan sahibkarın dəbdəbəli həyat sürdüyünə sosial şəbəkələrdə müxtəlif videolar yayılıb. Bu videolarda onun bahalı avtomobillərdə pozlar verməsi öz əksini tapıb.

İş adamının adı qətlə yetirilən qanuni-oğru Rövşən Lənkəranski ilə də hallanmışdı. Mətbuatda gedən məlumatlata görə, R.Lənkəranski onun İtaliyada olan villasında gizlənibmiş. Fizulu Məmmədov özü isə bu xəbərləri təkzib etmişdi.

Adı tez-tez kriminal olaylarda hallanan (məşhur mafioz Frenk Elkaponeyə sevgisinə görə bu adı özünə təxəllüs götürüb) F.Məmmədov Rusiyada hətta narkotik ittihamı ilə də saxlanılıb.

Onu da bildirək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra 1993-cü ildə işğal olunmuş, 1994-cü ilin əvvəlində həyata keçirilmiş uğurlu “Horadiz əməliyyatı” nəticəsində isə azad edilmiş Cəbrayılın nəzarətimizdə olan yeganə yaşayış məntəqəsində – Cocuq Mərcanlı kəndində əsaslı bərpa işləri başlanıb. Surətli görülən işlərdən sonra kənd yaşayış üçün demək olar ki, hazır vəziyyətdədir.

Prezidentin məlum sərəncamından sonra Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun sədri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Fizuli Məmmədov mətbuata maraqlı açıqlama vermişdi.

F.Məmmədov Prezident İlham Əliyevin sərəncamına dəstək olaraq, Cocuq Mərcanlının bərpasına 3 milyon manat vəsait ayırdığını bəyan etmişdi.

Amma bir vaxtlar Frenk El Kapone kimi tanınan iş adamının vədləri elə boş vəd olaraq qaldı. Cocuq Mərcanlıda tikinti və yenidənqurma işlərinin sona çatmasına baxmayaraq, Fizuli Məmmədovdan hələ də səs çıxmayıb. Çoxları bunu bir vaxtlar siyasətdə qonaq olan iş adamının “xal qazanmaq” məqsədi güddüyünü bildirir.

Bəs yalan vəd verib, xal qazanmaq istəyən iş adamı Fizuli Məmmədovun ürəyindən prezidentlik keçir...
3 milyon söz verib, yoxa çıxan Elkaponi də prezident olmaq istəyir
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mövzunu davam eddirəcəyik.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ