04 apr 16:20siyaset

Sarkisyanın atəşkəs çağırışına cavab: "Azərbaycan ərazilərini tərk edin"

Sarkisyanın atəşkəs çağırışına cavab: "Azərbaycan ərazilərini tərk edin"Ermənistan Prezidenti Serj Sarkisyanın atəşkəs haqqında açıqlamasına Azərbaycan XİN-dən cavab gəlib.

Nazirlikdən verilən məlumata görə, ilk olaraq Azərbaycan tərəfindən əks-həmlə və cavab tədbirlərinin birtərəfli qaydada dayandırılması barədə 3 aprel 2016-ci il tarixində qərar qəbul edilmişdi. Azərbaycan tərəfinin bu sülhpərvər və xoşməramlı niyyətinə baxmayaraq, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə alaraq, qoşunların təmas xətti boyunca Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam edir:

"Azərbaycan Respublikası atəşkəsə hazırdır. Lakin, Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, bütün işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.

Azərbaycan dəfələrlə bəyan etmişdir ki, atəşkəsin pozulması və gərginliyin yaranmasının əsas səbəbi Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğudur".
loading...
XƏBƏR LENTİ
14-07-2018, 11:46
14-07-2018, 11:32