25 sen 22:15siyaset

ALDP seçkilərin eyni gündə keçirilməsini təklif edir

ALDP seçkilərin eyni gündə keçirilməsini təklif edirAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət və Milli Şuranın 23 sentyabr 2017-ci il tarixdə keçirilən mitinq müzakirə olunub.

Fuad Əliyev bildirib ki, partiya üzvlərinin Milli Şuranın keçirtdiyi mitinqdə aktiv iştrakı təqdirəlayiq hesab etmək olar. Biz kimin təşkil etdiyi mitinqi yox, orda səslənən şuarları dəstəkləyirik. Çox təəssüf ki, bu qədər sosial problemlərin mövcüd olduğu bir vaxtda vətəndaşlar mitinqə dəstək vermədilər, digər partiyaların üzvləri də mitinqə goşulmadılar. Biz bu mitinqdən çox şey gözləyirdik, Amma mitinq istədiyimiz kimi alınmadı.

Daha sonra ictimai-siyasi məsələlər müzakirə olunub. Bələdiyyə və parlament seçkilərinin eyni gündə keçirilməsilə bağlı təşəbbüsün irəli sürülməsi müzakirə olunub. Çıxış edənlər qeyd ediblər ki, üç il ərzində dalbadal keçirilən seçkilərə millyonlarla pul xərclənir. Bu millyonlara qənaet etmək üçün bələdiyyə və parlament seçkilərinin eyni ildə, eyni gündə keçirilməsi məqsədəuyğun hesab etmək olardı.

Bununla bağlı dövlət başçısına təkliflər paketin hazırlanması partiyanın hüquq şöbəsinə tapşırılıb.
loading...
Reklam
XƏBƏR LENTİ