02 apr 23:53siyaset

"Ermənistan 7 rayondan 5-ni Azərbaycana qaytarmalıdır` - Sergey Markov

"Ermənistan 7 rayondan 5-ni Azərbaycana qaytarmalıdır` - Sergey Markov“Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət kəskinləşdi. Bu onu göstərir ki, Ermənistan və Azərbaycan arasında genişmiqyaslı müharibə hər an başlaya bilər”.

Karabakhmedia.az xəbər verir ki, bu barədə Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, cəbhədəki vəziyyət münaqişənin “dondurulmuş” olmadığını sübut edir.

“Beynəlxalq vasitəçilər, xüsusilə Rusiya münaqişənin sabitləşdirilməsi üçün böyük səy göstərməlidir”, – deyə o bildirib.

S.Markov vəziyyətin sakitləşdirilməsi və münaqişənin həlli üçün təkliflə çıxış edib: “Ermənistan işğal olunmuş Qarabağ ətrafındakı 7 rayondan 5-ni Azərbaycana qaytarmalıdır. Bundan sonra danışıqlar davam etdirilməlidir. Rayonlar qaytarıldıqdan sonra, Türkiyə Ermənistanla sərhədləri açmalı və iqtisadi münasibətlər yenilənməlidir”./Publika.az/
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 13:46