02 apr 15:14siyaset

İlham Əliyevə cəbhədəki vəziyyətlə bağlı məruzə olunub

İlham Əliyevə cəbhədəki vəziyyətlə bağlı məruzə olunubABŞ-da rəsmi səfərdə olan Azərbaycan prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş komandanı İlham Əliyevə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində gərginliyin artması ilə bağlı məruzə olunub.

Bu barədə virtualaz.org-a rəsmi mənbələrdən məlumat verilib.

Xatırladaq ki, aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın bütün sərhədyanı bölgələri iri çaplı silahlardan, qumbaraatanlardan, minaatanlardan və artilleriya qurğularından intensiv atəşə tutulub. Bundan əlavə, mülki əhalinin sıx yaşadığı, təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrinə atəş açılıb. Azərbaycan Müdafiə Nazirliyi xəbər verib ki, əvvəlcədən müəyyən olunmuş koordinatlar üzrə erməni silahlı qüvvələrinin ön və arxa cəbhəsindəki mövqelərinə açılan atəş zərbələri nəticəsində düşmənin çoxlu sayda canlı qüvvəsi, hərbi texnikası və hərbi infrastrukturu məhv edilib.
loading...
XƏBƏR LENTİ
Dünən, 13:10