27 avq 11:15siyaset

6 maddəlik Qarabağ planı: Prezidentlərin görüşü...

6 maddəlik Qarabağ planı: Prezidentlərin görüşü...Amerikalı həmsədrin Qarabağa dair 6 maddəlik planı münaqişənin ədalətli həll modelinə çox yaxındır.

Bu sözləri Axar.az-a ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağla bağlı son açıqlamasını şərh edən politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib.

“Azərbaycan hər zaman bəyan edib ki, mərhələli həll planının tərəfdarıdır. Amerikalı həmsədrin Dağlıq Qarabağla bağlı bəyanatında mərhələli həll planı öz əksini tapıb. Bəyanatda işğal olunmuş torpaqların azad olunması və Dağlıq Qarabağın statusu ilə bağlı danışıqların davam etdirilməsi vurğulanır. Düşünürəm ki, bu, Hoqlandın şəxsi fikri deyil, birbaşa ABŞ-ın mövqeyidir. Bildiyiniz kimi, ABŞ-ın yeni rəhbərliyinin bir sıra münaqişələrə yanaşmaları kifayət qədər praqmatikdir. Çox güman ki, həmsədrlərin dəyişməsindən asılı olmayaraq, bu mövqe öz aktuallığını bundan sonra da qoruyacaq”, - politoloq bildirib.

F.Sadıqovun fikrincə, ATƏT-in Minsk Qrupunun digər həmsədrləri də ABŞ-ın mövqeyini yekdilliklə qəbul etməlidir:

“Çünki onların razılığı prosesə yeni nəfəs verə bilər. Sentyabrda BMT-nin Nyu Yorkda keçiriləcək sessiyasında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin də görüşü gözlənilir. Danışıqlarda 6 maddəlik həll varinatı gündəmə gələrsə, proses canlanacaq. Bu isə avtomatik olaraq prezidentlərin növbəti görüşünü labüd edəcək”.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland Dağlıq Qarabağda “dayanıqlı razılıq” əldə olunması üçün danışıqlar prosesinin arzuolunan trayektoriyasını cızıb və Madrid prinsiplərinə əsaslanan mühüm elementləri sadalayıb.

Onun sözlərinə görə, Dağlıq Qarabağın “mürəkkəb tarixini” nəzərə alaraq tərəflər regionun yekun statusunu danışıqlar əsasında müəyyən etməyə razı olmalı və bu istiqamətdə öhdəlik götürməlidirlər. R.Hoqland hesab edir ki, rəsmi Bakının nəzarətində olmayan sabiq Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarındakı ərazilərə müvəqqəti status verilməlidir ki, bu, minimum olaraq ərazinin təhlükəsizliyini və özünü-idaərçiliyi təminat altına alsın.

Səfir ikinci element olaraq bildirib ki, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qayıtmalıdır.

Hoqland onu da qeyd edib ki, Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən təhlükəsiz dəhliz mövcud olmalıdır. Lakin bu dəhliz bütün Laçın ərazisini əhatə etməməlidir.

Sazişdə həmçinin bütün məcburi köçkünlər və qaçqınların öz keçmiş yaşayış yerlərinə qayıtmaq hüququnun təmin edilməsi də vurğulanır.

Səfir Riçard Hoqland razılığın son elementi olaraq sülhməramlı əməliyyatların daxil olduğu beynalxalq təhlükəsizlik zəmanətinin vacibliyini vurğulayıb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 12:15
Dünən, 10:41