22 iyl 11:13siyaset

Əliyev və Putin Soçidə Qarabağı müzakirə etdi

Əliyev və Putin Soçidə Qarabağı müzakirə etdiAzərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunub.

Axar.az xəbər verir ki, bundan başqa, dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyib, ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.

Beynəlxalq və regional problematika ətrafında da fikir mübadiləsi aparılıb.

Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər.

İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatıb.
loading...
XƏBƏR LENTİ
Bu gün, 15:30