12 iyl 10:41siyaset

Məmmədyarovla Nalbəndyan nədən danışdılar? - Açıqlama

Məmmədyarovla Nalbəndyan nədən danışdılar? - AçıqlamaBelçikanın paytaxtı Brüsseldə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Edvard Nalbəndyan arasında görüş başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Tiqran Balayan Tvitter səhifəsində məlumat yayıb.

Qeyd edək ki, görüş ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən təşkil olunub və onların iştirakı ilə keçirilir.

00:07

Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri – Elmar Məmmədyarov və Edvard Nalbəndyan arasında görüş yekunlaşıb.

Bu barədə Tvitter hesabında Ermənistan XİN mətbuat katibi Tiqran Balayan bildirib.

“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb. Təfərrüatlar barədə az sonra” – deyə Balayan qeyd edib.

***

Elmar Məmmədyarov və Edvard Nalbəndyan Brüsseldə ATƏT Minsk Qrupunun həmsədrləri İqor Popov, Srefan Viskont, Riçard Hoqland və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin iştirakı ilə görüşüb.

Ermənistan XİN-in məlumatına görə, görüşdə danışıqlar prosesinin hərəkətə gətirilməsi naminə müvafiq şəraitin yaradılması müzakirə edilib.

Həmsədrlər həmçinin dövlət başçılarının görüşünün təşkili üçün XİN rəhbərlərindən təkliflərini təqdim etməyi xahiş ediblər.

XİN başçılarının sentyabrda Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclası zamanı növbəti görüşü razılaşdırılıb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 13:46