16 may 21:03siyaset

"Bu məsələnin arxasında Azərbaycanı istəməyən qüvvələr dayanır"

"Bu məsələnin arxasında Azərbaycanı istəməyən qüvvələr dayanır"çivəsində inkişaf edib. Bu baxımdan belə bir qərarın qəbul edilməsi təəssüf doğurur”.

Bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ilə bağlı qərarına münasibət bildirərkən söyləyib.

Qeyd edib ki, bu qərar Rusiyada bəzi dövlət qurumlarının erməni lobbisinin təsiri altında olduğunu göstərir: “Ümumrusiya Azərbaycanlıları Konqresi ümummilli lider Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin xeyir-duası ilə yaradılıb. Konqresin qeydiyyatının ləğv edilməsi iki dövlət arasındakı münasibətlərə böyük zərbə vura bilər. Rusiya Ali Məhkəməsi tərəfindən belə bir qərarın qəbul edilməsi erməni lobbisinə diqqətin göstəricisidir və qərarın erməni lobbisinin təsiri altında verildiyini nümayiş etdirir. Rusiyada yüz minlərlə azərbaycanlı yaşayır, onlar bu ölkədə seçmək və seçilmək hüququna malikdirlər və bu ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bu qərarın qəbulu onların fəaliyyətinə də kölgə sala bilər. Hesab edirəm ki, bununla bağlı aidiyyəti dövlət qurumları, Rusiyanın rəhbər şəxsləri öz mövqelərini qətiləşdirməli, növbəti məhkəmə proseslərində bu cür qərarın qəbul edilməsinin qarşısını almalıdırlar. Bu, həm də Rusiyada yaşayan azərbaycanlıların kifayət qədər mənfi reaksiyasına səbəb olacaq qərardır. Rusiyada yüzlərlə bu cür qeyri-hökumət təşkilatlarının olduğu halda, Azərbaycana qarşı belə aqressiv münasibətin səbəbi nədir? Şübhəsiz ki, bu məsələnin arxasında Azərbaycanı istəməyən qüvvələr dayanır. Təəssüf ki, Rusiyanın bəzi dövlət qurumları antiazərbaycan mövqeyində və erməni lobbisinin təsiri altındadır”.

V.Rəhimzadə hesab edir ki, belə bir qərarın qəbul edilməsi ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın vasitəçilik mandatına kölgə salır: “Bu, çox ciddi məsələdir. Rusiyanın dövlət başçısı səviyyəsində məsələyə ciddi yanaşılacağına şübhəm yoxdur. Bəli, ortada məhkəmə qərarı var, lakin növbəti instansiyalarda bu qərarın ləğv edilməsi mümkündür. Azərbaycanın aidiyyəti qurumları bu məsələ ətrafında araşdırma aparmalıdırlar. Yəqin ki, istər Xarici İşlər Nazirliyi, istərsə də Diasporla İş üzrə Dövlət Komitəsi və digər aidiyyəti dövlət qurumları tərəfindən məsələ ciddi nəzarətdə saxlanılır. Azərbaycanla Rusiya arasında daim dostluq və mehriban qonşuluq əlaqələri olub. İki dost dövlətin münasibətləri həm də strateji tərəfdaşlıq səviyyəsindədir. Düşünürəm ki, dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatları, ölkə ictimaiyyəti olaraq biz də Rusiya kimi böyük bir ölkənin dövlət qurumlarını erməni lobbisinin təsiri altına düşməməyə çağırmalıyıq. Ümidvaram ki, Rusiyanın rəhbər şəxsləri məsələni araşdırıb doğru qərar verəcəklər. Çünki bu qərar həm də Rusiya dövləti tərəfindən öz vətəndaşı olan azərbaycanlılara qarşı hörmətsizlikdir”.
loading...
Reklam
XƏBƏR LENTİ
22-07-2017, 11:12