26 apr 13:13siyaset

Nazirlərin görüşü olmayacaq

Nazirlərin görüşü olmayacaqMoskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü olmayacaq.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Qraparak” qəzeti özünün yayıb.

“Görüş olmayacaq. Bu barədə rəsmi şəkildə bildirilməyib. Erməni tərəfi bir neçə dəfə bu görüşün keçirilməsindən imtina edib”, – deyə qəzetin mənbəsi bildirib.

Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin Moskva görüşü 27 aprelə nəzərdə tutulmuşdu.

Azərbaycan XİN hələlik məsələ ilə bağlı açıqlama yaymayıb.
loading...
XƏBƏR LENTİ
Bu gün, 15:30