02 apr 07:38siyaset

Kəlbəcərin işğalından 24 il ötür

Kəlbəcərin işğalından 24 il ötürAzərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 24 il ötür.

Kəlbəcər rayonu Ermənistan tərəfindən 1993-cü il aprelin 2-də işğal olunub.

Ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı isə təqribən 70 min olan Kəlbəcər rayonunun işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb.

Kəlbəcər dünyanın ən qədim insan məskənlərindən biridir. Rayonun ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri tapılıb. "Soltan Heydər", "Turşsu", "Gəlinqayası", "Böyükdəvəgözü"ndəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edirdi. Bu rayon öz ərazisində, həm də alban dövrünə aid xeyli tarixi abidəni qoruyub saxlayırdı: Xudavənd məbəd kompleksi, "Laçınqaya". Kəlbəcər şəhərindəki bir çox abidələr işğal zonasında qalaraq Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb, 900 m² sahəsi və geniş kitabxanası olan, eksponatlarla zəngin Kəlbəcər tarix diyarşünaslıq muzeyinin bütün maddi və mənəvi sərvəti ermənilər tərəfindən talan edilərək Ermənistana daşınıb.

İşğalda yüksək dağ zirvələri, 30 min hektara yaxın meşə sahəsi düşmən əlinə keçib, ümumilikdə 144 kənd, 1 şəhər, 1 şəhərtipli qəsəbə, 13 minədək fərdi mənzil talan edilib, 87 tarixi abidə dağıdılıb, 29 sənaye, tikinti, 134 mədəni məişət obyekti yandırılıb. Əhali min illər boyu yaşadığı ata-baba torpaqlarından qovulub, dinc insanlara divan tutulub. Bu işğalla qızıl, xrom, sənaye əhəmiyyətli civə ehtiyatları, mineral suları da düşmənin əlinə keçib.

Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bununla Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Sonradan BMT Təhlükəsizlik Şurası tərəfindən Ağdam rayonunun azad edilməsi ilə bağlı 854, Füzuli rayonunun azad edilməsi ilə bağlı 874 və digər işğal edilmiş rayonların azad edilməsi ilə bağlı 884 saylı qətnamələr qəbul edildi, lakin həmin qətnamələr də kağız parçası olaraq qalır.

Üstəlik, BMT və ATƏT-in prinsiplərinə zidd olaraq, 1999-cu ildən Kəlbəcərdə ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlanılıb.
loading...
XƏBƏR LENTİ
22-06-2018, 15:27