11 fev 17:56siyaset

Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının nümayəndə heyəti Azərbaycana gəlib

Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının nümayəndə heyəti Azərbaycana gəlibAvropa Mühafizəkarlar və İslahatçılar Alyansının nümayəndə heyəti - Alyansın prezidenti Yan Zahradil və Avropa Parlamentinin vitse-prezidenti Piçard Çarneçkinin rəhbərliyi ilə bu gün Azərbaycana gəlib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) Avrasiya.net-ə verilən məlumata görə, Azərbaycana BAXCP-nin qonağı kimi səfər edən nümayəndə heyətinin sabah Prezident Administrasiyası, Milli Məclis və Xarici İşlər Nazirliyində görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, BAXCP ötən ildən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının tamhüquqlu üzvüdür.
loading...
Reklam
XƏBƏR LENTİ