20 mar 15:42siyaset

Rusiya bir neçə rayonu qaytarır: Qarabağ münaqişəsində yenilik

Rusiya bir neçə rayonu qaytarır: Qarabağ münaqişəsində yenilikRəsmi Bakının siyasi manevrləri İrəvanda ciddi narahatlığa səbəb olub.

Publika.az xəbər verir ki, Ermənistan mediası Sarkisyan hakimiyyətini populizm və sadəlövhlükdə ittiham edir.

“1in.am” saytı yazır ki, türk-rus qarşıdurması Kreml üçün Azərbaycanın dəyərini artırıb: “İlham Əliyevin Tehrana səfəri nəticəsində Şimal-Cənub nəqliyyat dəhlizi aktuallaşdı. Bu səfərdən sonra Vladimir Putin Əliyevlə iki dəfə telefon danışığı apardı. Məlum oldu ki, Şimal-Cənub dəhlizi məsələsini İran, Rusiya və Azərbaycan xarici işlər nazirləri birgə müzakirə edəcəklər. Görünür, Rusiya üçün Azərbaycanın qiyməti artıb. Ermənistanda isə hələ də çoxları populist bəyanatlar verir və sadəlövhcəsinə inanır ki, Moskva Ankaranı cəzalandırmaq üçün İrəvanı sona qədər dəstəkləyəcək. Halbuki, Türkiyə ilə qarşıdurmada Rusiyanın Azərbaycana böyük dəyər verdiyi üzə çıxdı. Hətta Kreml Bakı üçün Ermənistanın maraqlarını qurban verməyə belə hazır görünür”.

Erməni saytı qeyd edir ki, Rusiya-Türkiyə münasibətləri yolunda gedəndə Azərbaycan iki tərəf üçün əla vasitə rolunu oynayırdı.

“İndi isə Türkiyə ilə münasibətləri pozulan Rusiya regionda Azərbaycana mühüm tərəfdaş kimi yanaşır. Ermənistan isə romantik sözlərlə aldadılır ki, Kremlin Bakının maraqlarını müdafiə edən siyasəti haqda sual verilməsin”, - deyə sayt qeyd edir.

Məqalədə deyilir ki, ABŞ-da keçiriləcək nüvə təhlükəsizlik sammitində prezidentlərin görüşü gözlənilir.

“Bu, Vaşinqtonun münaqişədə təşəbbüsü ələ almaq cəhdi kimi qiymətləndirilir. Hesab etmək olar ki, Rusiya buna qarşı Dağlıq Qarabağ münaqişəsində irəliyə doğru addım atsın və ən azından bir neçə rayonun geri qaytarılması üçün Ermənistana təzyiq edib Azərbaycanı razı salmağa çalışsın. Vaşinqton görüşündən sonra Sergey Lavrov azərbaycanlı həmkarı ilə görüşəcək. Bu görüş Ermənistan maraqlarının zərbə altına düşməsinə şərait yarada bilər”, - deyə erməni saytı iddia edir.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ