11 mar 08:36siyaset

Türkiyə-Rusiya-Azərbaycan İttifaqı yaradıla bilər

Türkiyə-Rusiya-Azərbaycan İttifaqı yaradıla bilər"Rusiya-Turkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasında Azərbaycan-Türkiyə-Rusiya İttifaqının yaradılması və Dağliq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etdik"

AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Ərdoğan bildirib ki, görüşdə Türkiyə-Rusiya-Azərbaycan arasında üçlük ittifaqının yardılması da müzakirə edilib.

Türkiyə prezidenti, həmçinin qeyd edib ki, Rusiya prezidenti ilə Suriya münaqişəsi və terrorla mübarizə ilə bağlı fikir mübadiləsi aparılıb.

"Axan qanın durması, Suriyada sabitliyin bərpası üçün hər birimizin üzərinə böyük vəzifələr düşür. Terrorla mübarizədə birgə hərəkət etmək böyük əhəmiyyət daşıyır. Müvafiq qurumlarımız bu barədə təkliflərini verəcəklər. Suriyada İŞİD-ə qarşı nümayiş etdirdiyimiz mövqeyi digər terror təşkilatlarına qarşı da nümayiş etdirməliyik. Bu baxımdan PKK-nın Suriya qolu olan PYD-nin Moskvadakı fəaliyyətlərinə son verilməsini xüsusi qeyd edirik”-deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, bu gün Moskvada Rusiya -Türkiyə əməkdaşlıq şurasının 6-cı iclası keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Rusiya Prezidenti Vladimir Putinin iştirak etdikləri iclasda ikitərəfli münasibətlərin inkişaf perspektivlərindən danışılıb.
loading...
Reklam
XƏBƏR LENTİ