10 fev 10:54siyaset

İrəvanda İKİNCİ APREL QORXUSU

İrəvanda İKİNCİ APREL QORXUSU Dağlıq Qarabağ münaqişəsi zonasında qarşıdurma ciddi şəkildə güclənir. Xüsusilə Qarabağa qanunsuz səfər edən Aleksandr Lapşinin Bakıya ekstradisiyası ilə bir daha məğlub duruma düşən İrəvan rejimi cəbhədə təxribat addımlarını genişləndirir. Lakin Azərbaycan Ordusunun düşmənin təxribatının qarşısını uğurla alması nəticəsində Ermənistan ordusu ciddi itkilər verib.

Publika.az xəbər verir ki, Ermənistan ordusunun itkilər verdiyini erməni siyasi şərhçi Aram Amatuni də etiraf edib.

1in.am saytında yayımlanan məqaləsində A.Amatuni deyib ki, Ermənistanın Qarabağda itkiləri hər keçən gün daha da artır.

Son günlər cəbhədə baş verənlərə və Ermənistan ordusunun çoxsaylı itki verməsinə diqqət çəkən siyasi şərhçi İrəvan rejimini gücsüzlükdə və bacarıqsızlıqda ittiham edib.

“Cəbhədə itkilərimizin qarşısını necə almalıyıq? Aprel döyüşlərindən sonra bu sual həmişə gündəmdə qalıb. Azərbaycanın qarşısını bundan sonra da almaq çətin olacaq. İndi biz nə etməliyik? Ermənistan sülh danışıqlarına qayıtmalı və gərginliyi azaltmalıdır”, - deyə siyasi şərhçi bildirib.

Erməni politoloq Aleksandr İskəndəryan isə Qarabağda toqquşmaların qaçılmaz olduğunu hesab edir: “Danışıqlar prosesi durğun vəziyyətdədir və çətin ki, yerindən tərpənə. Buna görə də eskalasiya hər an mümkündür. Biz cəbhədə gücləndirmələri müşahidə edirik. Apreldən sonra gərginlik azaldılsa da, görünür, bunu saxlamaq çətindir. Bu baxımdan, Qarabağda yeni qarşıdurma gözlənilir”.
loading...
XƏBƏR LENTİ
Dünən, 15:42
Dünən, 09:47