02 fev 21:27siyaset

Hacı Əbdül: "Mehriban Əliyeva prezident olmalıdır"

Hacı Əbdül: "Mehriban Əliyeva prezident olmalıdır"“Mən Mehriban xanım Əliyevanı bu gün birinci vitse-prezident, sabah isə prezident vəzifəsində görürəm. Azərbaycanın xoşbəxt gələcəyi onun vitse-prezident və prezident olması ilə bağlıdır...”

Bunu moderator.az-a müsahibəsində “Tövbə” Cəmiyyətinin sədri, İmam Hüseyn məscidinin axundu Hacı Əbdül deyib.

Hacı Əbdül qeyd edib ki, bu gün Mehriban Əliyevanı dünyanın bütün ölkələrinin rəhbərləri tanıyırlar və o, onlarla yaxşı münasibətlərə malikdir.

Onun sözlərinə görə, Mehriban Əliyeva həmçinin, Qarabağ münaqişəsinin nizama salınmasını danışıqlar yolu ilə irəli çəkəcək.

Hacı Əbdül insanları hakimiyyətə gələcəkləri təqdirdə onlara “qızıl dağlar” vəd edənlərə inanmamağa çağırıb.

Onun sözlərinə görə, əgər bu gün vergiləri və gömrük rüsumlarını azaltmaq mümkün olsaydı, onda bu edilmiş olardı.

Virtualaz.org xatırladır ki, sabiq-deputat Hacı Əbdül Əbdülov keçmişdə sabiq prezident Ayaz Mütəllibovun qızğın tərəfdarı olub. 1980-ci illərin sonlarında "Tövbə" dini cəmiyyətini yaradıb və ona başçılıq edb. Sonradan isə Bakıdakı "İmam Hüseyn" məscidi dini icmasının lideri oldu.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
24-05-2017, 15:16