09 yan 12:33siyaset

Azərbaycan İslam Hərbi Alyansına daxil oldu

Azərbaycan İslam Hərbi Alyansına daxil olduAzərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib.

APA-nın verdiyi məlumata görə, Azərbaycan, Tacikistan və İndoneziyanın alyansa daxil olmaq barədə qərarından sonra qurumun üzvlərinin sayı 42-yə çatıb.

İslam Hərbi Alyansının yaradılması təklifi ilk dəfə 2005-ci ildə Malayziyanın o vaxtkı baş naziri Mahatir Muhammad tərəfindən təklif olunub. Lakin sonralar Yaxın Şərqdə vəziyyət və İŞİD-in fəaliyyəti ilə əlaqədar Səudiyyə Ərəbistanı bu təklifi praktik müstəviyə çıxarıb.

Bildirilir ki, İslam Hərbi Alyansının NATO koalisiyasına ekvivalent təşkilat olması nəzərdə tutulur.
loading...
Reklam
XƏBƏR LENTİ