17 noy 11:08siyaset

Sarkisyan: “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”

Sarkisyan: “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”“Ermənistan bütün dövlətlərin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıyır” .

Bu açıqlamanı Ermənistan prezidenti Serj Sarkisyan Rusiya KİV-nə geniş müsahibəsi zamanı deyib. Bununla belə, o, xalqların öz müqəddəratını təyin etmə prinsipinin də vacib olduğunu deyib.

“Biz bütün dövlətlərin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Amma xalqların öz müqəddəratını təyin etmə prinsipi ərazi bütövlüyü prinsipi ilə ziddiyyət təşkil etmir. Əgər xalqların öz müqəddəratını təyin etmək prinsipini inkar ediriksə, onda SSRİ-nin tərkibindən çıxmamalıydıq, çünki hər şey bu prinsip əsasında gerçəkləşmişdi. Ona görə bu prinsiplər bir-birilə ziddiyyət təşkil etmir”.

Sarkiysan Yerevan və Bakının bir neçə dəfə sülh müqaviləsini imzalamağa yaxın olduğunu da diqqətə çatdırıb.

“Müqaviləyə görə Ermənistan və Dağlıq Qarabağ Azərbaycanın işğal faktı adlandırdığı bufer zonasından geri çəkilirdi. Amma birinci maddədə aydın şəkildə yazılmışdı ki, Dağlıq Qarabağın yekun statusu Qarabağ sakinlərinin iradəsi əsasında həll olunacaq. Bu qərar hüquqi gücə malik idi”.

Sarkisyan "aprel döyüşləri"ndən sonra tərəflər arasında etimadın “sıfıra düşdüyünü” də deyib.
loading...
XƏBƏR LENTİ
Dünən, 15:42
Dünən, 09:47