16 noy 20:37siyaset

"Azərbaycan Türkiyə ilə birgə ordu yaratmalıdır" - Politoloq

"Azərbaycan Türkiyə ilə birgə ordu yaratmalıdır" - PolitoloqMəhəmməd Əsədullazadə
politoloq

Ermənistan prezidenti Serj Sərkisyan təmas xəttində hadisələrə operativ reaksiya verilməsi üçün Bakı ilə İrəvan arasında “qaynar xətt”in yaradılması təşəbbüsü ilə çıxış etməsi, özünün konstruktiv mövqe sərgiləməsi kimi təqdim etməkdən ibarətdir. Hazırda, Ermənistanın güzəştsiz mövqeyi nəticəsində danışıqlar prosesi dayanıb. Azərbaycanın son günlər hərbi təlimləri, Lələtəpədən verilən mesajlar Ermənistan rəhbərliyini narahat etməkdədir. Ermənistanın Rusiya ilə birgə ordu yaratması və yeni silahların ötürülməsi fonunda Ermənistandan verilən açıqlamalardan aydın olur ki, münaqişənin həllində gələcək aylarda müsbət irəliləyişlər gözlənilmir və Ermənistan bu danışıqlara hazır deyil. Bu il Ermənistan Qarabağ cəbhəsində ağır məğlubiyyətə düçar oldu. Onu bu vəziyyətdən xilas etmək üçün Rusiyanın dəstəyi, Ermənistanı son aylarda cəbhədə təxribatlara əl atması ilə nəticələnməkdədir. Cənubi Qafqazda və yaxın regionda gedən geosiyasi vəziyyət, birgə təhdidlərə qarşı mübarizədə Azərbaycanın da analoji olaraq, Türkiyə ilə birgə ordu yaratmasını labüd edir. Türkiyə ilə birgə yaradılan ordu, silahlı qüvvələrimizin NATO standartlarına uyğun komplektləşdirilməsində və güclənməsinə həmçinin Rusiya və Ermənistan birgə ordusuna cavab kimi olmalıdır.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46