01 noy 18:10siyaset

ALDP sədri britaniyalı diplomatla görüşüb

ALDP sədri britaniyalı diplomatla görüşübAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Böyük Britaniyanın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə katibi Ceyms Holder ilə görüşüb.

Avrasiya.net-in ALDP-nin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycanda keçirilən referendumdan sonra ictimai-siyasi vəziyyət, müxalifətin dürmü və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

“Əsas məqsədimiz Azərbaycandan beyin axının qarşısını almaq, gəncləri maarifləndirmək və onların hüquqlarını öyrətməkdir”, - ALDP sədri gənclərlə bağlı sualı cavablandırıb.

Ceyms Holder öz növbəsində bu səmərəli görüşlərin davamlı olacağına ümüd etdiyini bildirib.
loading...
XƏBƏR LENTİ
Dünən, 13:10