19 okt 19:12region

14 yaşlı şagird siqaret çəkdikdən sonra öldü

14 yaşlı şagird siqaret çəkdikdən sonra öldüTatarıstanda 14 yaşlı uşaq siqaret çəkmək nəticəsində yaranmış ürək tutmasından ölüb, tibbi ekspertizaya istinadla regional prokurorluq bildirir.

"9-cu sinif şagirdi nikotinlə zəhərlənmə fonunda yaranan ürək tutması nəticəsində ölüb", - Tatarıstan prokurorluğun böyük müşaviri Ruslan Qaliyev bildirib.
Hadisə barədə ilk xəbər Rusiya İstintaq Komitəsi tərəfindən oktyabrın 18-də yayılıb.
Zelenodolsk rayonundakı Nurlatı kəndinin sakinin hüşunu itirərək ölməsi barədə məlumatda onun narkotik maddələrlə zəhərləndiyi qeyd olunurdu.

Prokurorluq həddi-buluğa çatmamış şəxsi narkotiklərin istifadəsinə sövq etmə ittihamı ilə bağlı açdığı işi bağladığını bildirir.
Nəzarət orqanı cinayət işinin tələsik və əsassız açıldığını bildiriblər.

BBC
loading...
Reklam
XƏBƏR LENTİ
Bu gün, 16:03