10 sen 09:05region

İran yenə İrəvanı xilas etmək istəyir

İran yenə İrəvanı xilas etmək istəyir İran Türkiyə, Azərbaycan (Naxçıvan Muxtar Respublikası) və Ermənistanın şəhərlərini birləşdirəcək dəmir yolu xətti inşa etməyi planlaşdırır.

Report xəbər verir ki, bu barədə İranın yol və şəhər inkişafı naziri Abbas Axundiyə istinadən "İran.ru" agentliyi məlumat yayıb.

Axundi bildirib ki, İran ölkənin şimal şəhəri Rəşt və Türkiyəni dəmir yolu vasitəsi ilə birləşdirməyə çalışır.
"Biz Rəştdən Zəncan və Təbriz istiqamətində bütün dəmir yollarını hazırlayırıq. Bu dəmir yolu Türkiyə, Ermənistan və Naxçıvanın şəhərlərini birləşdirəcək", - deyə o bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində həm qatarların hərəkət sürətinin, həm də yük daşıma gücünün artırılması nəzərdə tutulub. Axundi bildirib ki, bu plana, Azərbaycanla birləşdirilmək üçün Təbriz və İranın Gilan əyalətinin şəhərləri də daxildir.

Ermənistan və Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu əlaqəsi çoxdan mövcuddur, lakin o, Dağlıq Qarabağ münaqişəsi səbəbindən hazırda fəaliyyət göstərmir.
loading...
XƏBƏR LENTİ
Bu gün, 15:30