07 sen 14:20region

Səudiyyə şeyxindən qalmaqallı açıqlama - İranlılar müsəlman deyil

Səudiyyə şeyxindən qalmaqallı açıqlama - İranlılar müsəlman deyilİranlılar müsəlman deyil.

Axar.az xəbər verir ki, bu iddia ilə Səudiyyə Ərəbistanının Baş müftisi Əbdüləziz bin Abdullah Şeyx çıxış edib.

O, İranın Ali dini lideri Əli Xameneinin ötən il Həcc ziyarətində sıxlıq zamanı vəfat edən zəvvarların Səudiyyə rəhbərliyi tərəfindən öldürülməsi haqda bəyanatına cavab verib:

“Bu bəyanat məni heç təəccübləndirmədi. Çünki iranlılıar əslən atəşpərəstdir, müsəlman deyil”.

Xatırladaq ki, 2015-ci ilin sentyabr ayında Məkkədə böyük faciəyə səbəb olan basabas baş verib.

“Assoşieyted Press”in verdiyi məlumata görə, həlak olan 2426 nəfərdən 464-ü iranlı olub.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ