05 sen 17:17region

Telman İsmayılovun işçiləri tətilə başladı

Telman İsmayılovun işçiləri tətilə başladıAzərbaycanlı iş adamı Telman İsmayılovun borc qarşılığında itirdiyi “Mardan Palace” ətrafında qalmaqal səngimir.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İsmayılovun 1,4 milyard dollar sərf edərək dünya şöhrətli məşhurlarla açılışını etdiyi oteldə 160 işçi tətilə başlayıb. Məlumata görə, buna səbəb işçilərin maaşlarını ala bilməməsidir. Belə ki oteldə çalışan 800 işçidən 160-ı may ayından etibarən əmək haqqı almayıb. İşçilərin 4 gündür ki, tətil etdiyi bildirilir.

İnqilabçı Turizm İşçiləri Həmkarlar İttifaqının sədri Mustafa Yahyaoğlu tətil edən işçilərlə görüşüb. Yahyaoğlu işçilərə haqlarını tələb edərkən qanunazidd hərəkət etməmələri üçün hüquqlarını izah edib, onlara içəridə bir məkanda oturaraq etiraz etməklərini tapşırıb.

Otelin dolu olmasına baxmayaraq işçilərin əmək haqlarının verilmədiyini iddia edən Yahyaoğlu tətil edən işçilərin yerinə əlavə işçilərin əməyindən istifadə olunduğunu qeyd edib.

Xatırladaq ki, borc səbəbilə Xalq Banka satılan “Mardan Palace”ın satışının ləğvi üçün açılan məkhəmə işi davam edir.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ