02 sen 11:44region

Prezidentlər Kərimovun dəfninə gedirlər

Prezidentlər Kərimovun dəfninə gedirlərQazaxıstan prezidenti Nursultan Nazarbayev sentyabrın 3-də Özbəkistana gedəcək.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, Qazaxıstan prezidenti G20 (“Böyük iyirmilik”) sammitində iştirak üçün Çin səfərini qısaldaraq Özbəkistana baş çəkəcək.

Agentliyin məlumatına görə, Nazarbayevin planlarının qəfildən dəyişikliyi Özbəkistan prezidenti İslam Kərimovun ölümünün elan ediləcəyini göstərir.

Özbəkistan hökuməti dünən axşam Kərimovun səhhətinin qəfil pisləşdiyini açıqlayıb.

Qeyd edək ki, Çinə səfər edəcək Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət katibi Con Kerri də sabah Özbəkistana baş çəkəcək.
loading...
XƏBƏR LENTİ
14-07-2018, 11:46
14-07-2018, 11:32