30 avq 15:22region

“Sağdırsa, görüntüsünü yaysınlar” - Kərimovun ölümü ilə bağlı bəyanat

“Sağdırsa, görüntüsünü yaysınlar” - Kərimovun ölümü ilə bağlı bəyanatÖzbəkistan Prezidenti İslam Kərimovun öldüyünü iddia edən yerli “Fergana” agentliyinin baş direktoru Daniil Kislov məlumatın təkzib edilməsi ilə bağlı bəyanat yayıb.

AzNews.az xəbər verir ki, baş redaktor “Fergana”nın yayılan xəbərin düzgünlüyünə görə cavabdeh olduğunu bildirib. Kislov vurğulayıb ki, ölkə hakimiyyəti bu vəziyyətdə susmamalıdır: “Mən Özbəkistanın rəsmi mənbələrinə, hökumətə, prezident aparatının mətbuat xidmətinə təklif edirəm ki, sadəcə onun xəstəliyi barədə tibbi məlumatı dərc etsin və ya onun xəstəxana palatasındakı sağ görüntüsünü göstərsin”.

Xatırladaq ki, avqustun 29-da “Fergana” öz mənbələrinə istinad edərək 78 yaşlı Kərimovun ölməsi barədə məlumat yayıb. Lakin RİA Novosti agentliyi prezident aparatındakı mənbəsinə istinad edərək onun ölümü barədə məlumatı təkzib edib.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
24-05-2017, 15:16