29 avq 13:24region

Gecə klubunda kütləvi dava - VİDEO

Gecə klubunda kütləvi dava - VİDEOMoskvada iki gecə klubunun mühafizəçiləri arasında ölümcül dava olub.

Baku.vs-in məlumatına görə, gecə klubunun mühafizəçiləri arasında əvvəlcə mübahisə yaranıb. Sonradan mübahisə edənlərdən biri digərini vurub.

Məhz bundan sonra dava başlayıb. Davada təxminən 20 insan iştirak edib. Müşahidə kamerasına düşən görüntülərdən dava zamanı gənc oğlanın bıçaqlandığı əks olunub.

Videodan görünür ki, həlak olmuş Mixail D. əvvəlcə rəqiblərindən birini döyür, sonra onu boğmağa başlayır. Bu anda arxadan yaxınlaşan kişi onun boynuna zərbə endirir. Daha sonra o huşsuz vəziyyətdə yerə yıxılır. Küçədə həmin anda dava davam edir və dava iştirakçılarından biri qayıdır, ağacla qan içində olan kişini döyməyə başlayır.

Qeyd edək ki, davanın bütün iştirakçıları peşəkar idmançılar olub. Aralarında peşəkar boksçular olan şəxslər polis tərəfindən axtarılır.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
29-04-2017, 10:41