15 avq 12:08region

Türkiyədə yeni çevriliş cəhdi ola bilər

Türkiyədə yeni çevriliş cəhdi ola bilərTürkiyə hökumətinə yaxın yazar Abdulqədir Selvi bu gün dərc olunan yazısında 15 iyul Fətullahçı Terror Təşkilatının dövlət çevrilişinə cəhdinin ardından sonrakı mərhələdə yaşana biləcək təhlükələrdən yazıb.

AzVision.az `Hürriyət`-ə istinadən xəbər verir ki, yazar FETÖ-nün istəyindən əl çəkməyəcəyi xəbərdarlığını edib.

Ankarada 15 iyulun FETÖ görüntülü NATO dövlət çevrilişinə cəhd qənaətinin hakim olduğunu vurğulayan yazar bildirib ki, Gülən ABŞ üçün hələ də əhəmiyyətlidir.

A.Selvi köşəsində yeni mərhələdə Türkiyəni gözləyən üç təhlükədən yazıb: “Birinci, FETÖ prezident Rəcəb Tayyib Ərdoğana qarşı fədai aktı və ya Misirdə Ənvər Sədat, Hindistanda İndra Qandi tipli suiqəsd. İkinci, NATO-ya bağlı generalların yeni dövlət çevrilişi cəhdi. Üçüncü, Türkiyə Silahlı Qüvvələrində ifşa olunmayan FETO-çuların yeni qarşdurması nəticəsində Türkiyənin daxili qarışıqlığa çəkilməsi və xarici müdaxilənin reallaşdırılmasının mümkün edilməsi”.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ