09 avq 12:05region

Ərdoğan: “O vaxt Gülən bütün həyatını mənə danışıb”

Ərdoğan: “O vaxt Gülən bütün həyatını mənə danışıb”“Yeni Akit” qəzetinin yazarı Lətif Ərdoğan Gülən camaatı ilə bağlı mühüm açıqlamalar verib.

Axar.az xəbər verir ki, CNN Türk telekanalının qonağı olan jurnalist camaatın 1976-cı ilə orduya sızdığın, 80-ci illərdə isə təşkilatlandığını deyib:

“Gülən 1990-cı ildə mənə həyatını danışan yeganə insandır. Əlimdə xeyli sənəd və sübut var. Ətrafındakılarla bağlı keçirdiyimiz görüşlər var. Camaatın Türkiyə Silahlı Qüvvələrinə sızması 1976-cı ildən başlayıb. 80-ci illərdə isə təşkilatlandılar. Təşkilatın vahid nöqtədən idarə edilməsi isə 1986-cı ildən başlayıb.

3-4 ay əvvəl ordunun 90 faizinin gülənçi olduğunu demişdim. İndi ekranda gördüyümüz o generalları, Akın Öztürk istisna olmaqla hamısını tanıyıram. Tələbəlik illərindən Gülənin yanına gedib-gəliblər. Məsələn, Hulusi Akara (Türkiyə ordusunun Baş Qərargah rəisi – red) səni Fətullah Gülənlə görüşdürüm, deyən general Hakan Evrim Gülənin tələbəsi olub. Fikrimcə, Akın Öztürkün həmin dövrdə Gülənlə əlaqəsi olmayıb. Olsaydı, tanıyardım”.
loading...
XƏBƏR LENTİ
Bu gün, 15:30