06 avq 08:26region

ABŞ-dan Gülənlə bağlı yeni açıqlama

ABŞ-dan Gülənlə bağlı yeni açıqlamaFətullah Gülənin təhvil verilməsi üçün Türkiyədən gələn sənədlər rəsmi ekstradisiya tələbi sayılmır.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner deyib.

“Sənədlər ard-arda gəlir. Hamısını araşdırsaq da, hələlik bir nəticəyə varmamışıq”, - Toner bildirib.

Qeyd edək ki, Fətullah Gülənin ekstradisiyası üçün rəsmi Ankaranın 85 qutu sənəd göndərdiyi açıqlanmışdı. ABŞ-ın Pensilvaniya ştatında yaşayan Gülən haqqında Türkiyə hökuməti tərəfindən “15 iyul hərbi çevriliş cəhdinin təlimatları vermə” maddəsi ilə həbs qərarı verilib.
loading...
XƏBƏR LENTİ
Bu gün, 15:30