27 iyn 21:09region

İsrail KİV: “Ərdoğan qalib gəldi”

İsrail KİV: “Ərdoğan qalib gəldi”Türkiyə və İsrail arasında əldə olunan razılaşma və hər iki ölkə baş nazirlərinin son açıqlamalarından sonra İsrail mətbuatı məsələyə geniş yer verib.

Axar.az xəbər verir ki, razılaşmadan narazı olan bir sıra mətbu orqanları hadisəni Türkiyənin qələbəsi kimi xarakterizə edib.

“Yerusəlim Post” qəzetinin yazarı Ariel Ben Solomon qalib gələnlərin Türkiyə və Həmas olduğunu yazıb və razılaşmanı Ərdoğan üçün qələbə adlandırıb.

“Tayms of İsrail” qəzeti də “Türkiyə diplomatik qələbə qazandı” başlığı ilə hadisəyə yer verib.

“Ynet” saytı isə “Təslim şərtləri” başlıqlı yazısında rəsmi Təl-Əvivi tənqid edib.

“İsrail hökumətinin Türkiyə ilə təslim müqaviləsini imzalaması çox üzüntülüdür. Bir dövlətdən üzr istəyib, təzminat ödəməyi qəbul edirsinizsə, günahkar olduğunuzu boynunuza alırsız. Türkiyə ilə münasibətlər önəmlidir, amma milli qürurumuz da vacibdir”, - sayt bildirib.
loading...
XƏBƏR LENTİ
21-05-2018, 21:24