24 iyn 11:08region

Azərbaycanın diaspor təşkilatına silahlı hücum edilib

Azərbaycanın diaspor təşkilatına silahlı hücum edilibNiderlandın Dordrecht şəhərində yerləşən Ayasofya cami və Hilal Vakfi təşkilatının mərkəzi ofisinə hücum olub.

AzVision.az xəbər verir ki, “RTV Rijnmond” adlı yerli televiziyanın yaydığı məlumatına görə, təxminən 15 nəfərə yaxın şəxs “Hollandiya Türk Federasiyası”nın yerləşdiyi camiyə hücum edərək caminin pəncərə və qapılarını qırıb. Avtomobillərlə camiyə gələn şəxslər silahlı olub. Hücum nəticəsində iki nəfər yaralanıb.

Mərkəzin rəhbəri Vedat Özdal yerli türkləri provakasiyaya uymamağa çağırıb.O, baş verən silahlı hücumun polis və bələdiyyə tərəfindən araşdırılacağını deyib.

V.Özdal qeyd edib ki, hadisə barədə polisə müraciət olunub, polis təşkilatın ofisini mühafizəyə götürüb. Hazırda Niderland polisi hadisəni törədənləri axtarır.

Hadisə yerinə gələn bələdiyyə sədrinin müavini Piet Sliikinq (Piet Sleeking) insanı sakit olmağa çağırıb. Hadisə şahidlərinin bildirdiyinə görə, hücum edən şəxslər PKK tərəfdarları olub.

Qeyd edək ki, məsciddə Türkiyə və Azərbaycanın diaspor təşkilatları fəaliyyət göstərir.
loading...
Reklam
XƏBƏR LENTİ