10 iyn 12:05region

İstanbulu qana bulayan terrorçunun FOTOSU

İstanbulu qana bulayan terrorçunun FOTOSUİstanbulun Veznecilər rayonunda terror aktı törədən kamikadzenin görüntüləri yayılıb.

AzVision.az Türkiyə mətbuata istinadən xəbər verir ki, qadın kamikadze və hücumu təşkil edən terrorçu avtomabil dayanacağından çıxarkən videokameralar tərəfindən görüntülənib.

Başqa bir şəkildə canlı bomba küçədə gəzərkən görüntülənib. Məlum olub ki, terrorçu qadın Mardin qeydiyyatında olub. O, xüsusi təlim keçdikdən sonra İstanbula gəlibmiş.

Terror hadisəsinə görə məsuliyyəti PKK terror qruplaşmasının bir qolu olan “Kürdüstan Azadlıq Şahinləri” (TAK) təşkilatı öz üzərinə götürüb.

Qeyd edək ki, iyunun 7-də İstanbulun Veznecilər rayonunda 12 nəfərin ölümü, 35 nəfərin yaralanmasına səbəb olan terror aktı törədilib. Terror aktı zamanı bir Azərbaycan vətəndaşı xəsarət alıb.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 15:05
Bu gün, 08:18