08 iyn 20:54region

Türkiyədə daha bir terror: 5 ölü, 51 yaralı var – FOTO [Yenilənib]

Türkiyədə daha bir terror: 5 ölü, 51 yaralı var – FOTO [Yenilənib]Türkiyənin Mardin vilayətində törədilmiş terror aktı nəticəsində ölən və yaralananların sayı artıb.
Türkiyə KİV-inə istinadən xəbər veririk ki, Mardin valiliyi hadisədə 5 nəfərin həlak olduğunu, 51 nəfərin yaralandığını açıqlayıb.
Ölənlərdən ikisi polis, üçü isə mülki vətəndaşdır. Hər iki polis əməkdaşı qadındır.

* * *

Türkiyənin Mardin vilayətinin Midyat Rayon Polis İdarəsinə minalanmış avtomobillə hücum nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, onlardan ikisi polis, digər ikisi isə mülki vətəndaşdır. Hər iki polis əməkdaşı qadındır.
Terror aktı nəticəsində həmçinin 34 nəfər yaralanıb.

* * *

Türkiyənin Mardin vilayətinin Midyat Rayon Polis İdarəsinə minalanmış avtomobillə hücum olub.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə yerində terrorçularla təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma da baş verib.
Nəticədə 1 polis, 2 sıravi vətəndaş həlak olub, 30 adam yaralanıb

* * *

Türkiyənin cənub-şərqindəki Mardin vilayətinin Midyat rayonunda yerli polis idarəsinə terror hücumu olub.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, polis şöbəsinin binasına içərisinə bomba yüklənmiş avtomobil vasitəsilə hücum edilib. Nəticədə şiddətli partlayış baş verib.
İlkin məlumatlara əsasən xeyli yaralı var. Hadisə yerinə çoxlu sayda ambulans göndərilib.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 21:47