30 may 16:42region

İran-Səudiyyə Ərəbistanı qarşıdurması yenidən qızışır

İran-Səudiyyə Ərəbistanı qarşıdurması yenidən qızışırSəudiyyə Ərəbistanı çoxdankı rəqibi İranı İraqın işlərinə qarışmaqda ittiham edib, bu ölkədə İran hərbi birləşmələrinin mövcudluğunu «qəbuledilməz» adlandırıb.

«İraqda pozuculuq və bölücülük İranın İraqdakı siyasətindən yaranmış məzhəbçiliyin nəticəsidir», - Səudiyyənin xarici işlər naziri Adel al-Jubeir britaniyalı həmkarı Filipp Hammondla Ciddədə birgə mətbuat konfransında deyib.

«İran İraqda sabitlik istəyirsə, müdaxiləni dayandırıb geri çəkilməlidir», - deyən nazir Tehranı müharibə gedən ölkəyə şiə döyüşçülər göndərməkdə ittiham edib.

Bu arada İranın dəstəklədiyi minlərlə şiə döyüşçü İraqın sünni şəhərinin «İslam Dövləti» qruplaşmasından alınması əməliyyatına qoşulub.

İran Bağdadın xahişi ilə bu ölkəyə hərbi müşavirlər göndərdiyini bildirir, ittihamları qəbul etmir, əksinə, Səudiyyəni ekstremizmi dəstəkləməkdə suçlayır.(azadliq.org)
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
24-06-2017, 13:11
24-06-2017, 10:37
23-06-2017, 16:32
23-06-2017, 16:21