25 may 16:10region

İlham Əliyevdən Ramzan Kadırova hədiyyə - “Zəfər” silahı (Video)

İlham Əliyevdən Ramzan Kadırova hədiyyə - “Zəfər” silahı (Video)Azərbaycan Prezident Administrasiyasının prezidenti Ramiz Mehdiyev Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovla görüşüb.

AzNews.az xəbər verir ki, bu barədə təəssüratlarını bölüşən R.Kadırov instaqramda video da paylaşıb.

“Əziz dostlar. Mənim Azərbaycan Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüm oldu. O, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin adından mənə “Zəfər” silahı təqdim etdi. Mən hədiyyəni “Azəbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində müstəsna xidmətlərimə görə” almışam. Ramiz Ənvər oğlu qeyd etdi ki, Azərbaycan xalqı Çeçenistana böyük sevgi və hörmətlə yanaşır. Mən Mehdiyevə təşəkür etdim. Faciəvi hadisələr zamanı Azərbaycanın çeçen xalqına böyük humanitar yardım göstərdiyini xatırlatdım. Həmçinin bizim ilk prezidentimiz, Rusiya qəhrəmanı Əhməd Hacı Kadırovun Azərbaycanın mərhum prezidenti Heydər Əliyevlə görüşü və mənim Azərbaycana səfərimi xatırlatdım. Biz münasibətlərin inkişaf etdirilməsi və daha da dərinləşməsi, Çeçenistan Respublikasında artıq mövcud olan terrorizm və ekstremizm ilə mübarizə təcrübəsindən istifadə edilməsini gərəkli bildik. Xüsusilə iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinə xüsusi diqqət ayırdıq.

Bundan əlavə, İlham Əliyev məni Azərbaycana dəvət edib. Ramiz Mehdiyev həmin dəvəti mənə çatdırdı”, - deyə, Kadırov qeyd edib.
loading...
XƏBƏR LENTİ