24 may 11:51region

Qorbaçov "qara siyahı"ya düşəcəyindən qorxmadığını deyib

Qorbaçov "qara siyahı"ya düşəcəyindən qorxmadığını deyibKeçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov indiki hakimiyyət dövründə Ukraynaya getməyəcək.

Siyasətçi bu haqda “İnterfaks” agentliyinə bildirib.

“Kiyevdə indiki hakimiyyət qaldığı dövrdə Ukraynaya səfərlə bağlı heç bir planım yoxdur”, - o, deyib.

Qorbaçov qeyd edib ki, ona qarşı yönələn hücumlara diqqət vermir: “Mən bu halda məşhur atalar sözünü yada salıram: “İt hürür, külək vıyıldayır və karvan gedir”. Mən təbii ki, hücumlara diqqət vermədən öz işimlə məşğul olacağam”.

Sosial-iqtisadi və siyasi tədqiqatlar Fondunun prezidenti həmçinin fondun xaricdən maliyyələşdirilməsi barədə səsləndirilən ittihamları “cəfəngiyat” adlandırıb.

“Mən hər şeyi mühazirələrdən qazanırdım. İndi, təəssüf ki, sağlamlıq vəziyyətinə görə bütün ölkələrdən gələn təklifləri qəbul edə bilmirəm. Buna görə də mən və fond əvvəlki mühazirələrimdən gələn vəsaitlə yaşayırıq”.

Qeyd edək ki, Ukraynanın “Xalq Cəbhəsi” Partiyasından olan deputatı Anton Qeraşenko Mixail Qorbaçovun Ukraynada “qara siyahı”ya daxil ediləcəyini bildirib: “Bizdə Ukraynanın ərazi bütövlüyünün pozulmasına çağırış edən şəxslərin siyahısı var. Məsələn, Rusiyanın Liberal Demokratik Partiyasının partiyanın lideri Vladimir Jirinovski. Mən Ukrayna Təhlükəsizlik Xidmətinə həmin siyahıya Qorbaçovun adının daxil edilməsini təklif edəcəyəm”.

Daha əvvəl isə “The Sunday Times”ə müsahibə verən Qorbaçov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Krımın Rusiyaya birləşdirilməsi haqqında qərarını dəstəkləyir. SSRİ-in sabiq prezidentinin sözlərinə görə, Putinin yerində olsaydı eyni qərarı verərdi: “Mən həmişə xalqın azad iradəsi ilə Krımın yenidən Rusiya ilə birləşməni istəmişəm”.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 07:20