22 may 08:18region

Ermənistan müharibəyə hazırlaşır - Rusiyadan silah alır

Ermənistan müharibəyə hazırlaşır - Rusiyadan silah alırErmənistan baş naziri Ovik Abramyan 200 milyon dollarlıq kredit çərçivəsində Rusiyadan Ermənistana silaş göndərilməsinə başlanıldığını bildirib.

Şənbə günü erməni mətubatının təmsilçiləri ilə görüşən erməni baş nazir deyib: "Proses plana uyğun gedir. Heç bir problem yoxdur. Proses başlayıb".

Ovik Abramayanın sözlərini Ermənistanın gömrük xidmətinin aprel ayı üçün dərc etdirdiyi göstəricilər də təsdiq edir. Həmin göstəricilərə görə, 2016-cı ilin aprel ayında Ermənistanın idxalı 2015-ci ilin aprel ayına baxanda iki dəfədən çox artıb. Əgər 2015-ci ilin aprel ayında Ermənistana 204 milyon dollarlıq mal idxal edilibsə, 2016-ci ilin aprel ayında bu rəqəm 455 milyon dollar olub.

Ermənistanın “Haykakan jamanak” qəzeti bunu ay ərzində idxal edilən hərbi texnika və sursat ilə əlaqələndirib. Ola bilər ki, Ermənistan ordusunun aprelin sonlarında cəbhə xəttində fəallıq göstərməsi və Azərbaycanın yaşayış məntəqələrini aramsız atəşə tutması məhz bu sursatla bağlı olub. Belə olan halda, Ermənistan həmin hərbi susatın bir hissəsini artıq sərf edib.

İrəvanın alacağı silahların arasında da həmin “Smerç”, “Solntsepek” sistemləri, habelə “İqla-S” zenit-raket kompleksləri, “Konkurs” tank əleyhinə raketləri, RPG-26 qumbaraatanları, “Tiqr” zirehli maşınları, “Avtobaza-M” yerüstü radiotexniki kəşfiyyat vasitələri, mühəndis və rabitə qurğuları, T-72 tanklarının və PDM-lərin modernizasiyası məqsədilə işlədiləcək cihaz və vasitələr var.
Ermənistan müharibəyə hazırlaşır - Rusiyadan silah alır

Ermənistan bununla Azərbaycan ordusundan geriliyini azaltmaq istəyir. 2015-ci ilin iyulunda Rusiyanın “Eksport voorujeniy” jurnalına müsahibəsində Ermənistan müdafiə nazirinin o vaxtkı müavini Alik Mirzabekyan demişdi ki, İrəvanı Bakının əsas etibarilə hücum hərbi texnikası və silahları, xüsusən də “Smerç” zenit-raket qurğuları, TOS-1A “Solntsepek” ağır raket sistemləri, T-90 tankları və MTU-90 körpüsalanları alması narahat edir.

Amma bununla belə Ermənistan ordusu Azərbaycan ordusundan çox zəif olaraq qalacaq. Stokholmda mənzillənmiş SİPRİ sülh araşdırmaları institutunun tədqiqatlarına görə 2011-2015-ci illər olmaqla, son beş ildə Azərbaycanın aldığı silahlar Rusiya ixracının 5 faizini təşkil edib. Halbuki bundan əvvəlki 10 ildə bu rəqəm cəmi 0,7 faiz olub. Bu illər ərzində Ermənistan hərbiyə yatırılan xərclərə görə Azərbaycandan dəfələrlə geri qalıb.
Ermənistan müharibəyə hazırlaşır - Rusiyadan silah alır
ans
loading...
XƏBƏR LENTİ
Dünən, 15:42
Dünən, 09:47