18 may 11:30region

Dünəndən bugünə Türkiyə-Azərbaycan münasibətləri və Ermənistan”

Dünəndən bugünə Türkiyə-Azərbaycan münasibətləri və Ermənistan”Türkiyənin İzmir şəhəridə yerləşən Ege universitetində Dünya Azərbaycanlıları Konqresinin ve Azerbaycan Qazi Qadınlar İctimai Birliyinin təşkilatçılığı ilə “Dünəndən bugünə Türkiyə-Azərbaycan münasibətləri və Ermənistan” mövzusuna həsr olunmuş tədbir keçirilib

Tədbirdə ilk olaraq çıxış edən DAK sədri Asif Qurban, istər Qarabağ mövzusunda istərsədə digər mövzularda Türkiyə-Azərbaycan münasibətlərinin önəmindən bəsh edib. Daha sonra O, Türkiyə-Azərbaycan qardaşlığının önəmini vurğulayaraq bildirib ki: “ Ermənistan və onun havadarları unutmamlıdırlar ki, Türkiyə və Azərbaycana qarşı yaranacaq hər hansı bir problemdə bu dövlətlərin birlikdə addım atacağını bütün dünya bilməlidir”.

Dünəndən bugünə Türkiyə-Azərbaycan münasibətləri və Ermənistan”Daha sonra tədbirdə iştirak edən “Ege Universiteti Türk Dünyası araşdırmalar institutu müdürü Məhmət Əkinçi, Tarixci etnoqraf Ramazan Hüseynli, “Qazi Qadınlar Təşkilatı” rəhbəri Rada Abbas və KAFSAM rəhbəri Dr. Nazim Cəfərsoy da öz çıxışlarında bu kimi tədbirlərin əhəmiyyətindən, mövzunun tarixindən və gələcəkdəki Türkiyə və Azərbycan tərəfinin bu mövzudakı birgə fəaliyyətinin əhəmiyyətindən bəhs ediblər.

Tədbir İzmir şəhərində yaşayan Azərbaycanlılar ve Türkiyeliler tərəfindən maraqla qarışılanıb. İştirakçılar da öz növbələrində təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
loading...
XƏBƏR LENTİ