16 may 15:37region

Türkiyədən ev alan azərbaycanlıların sayı artır

Türkiyədən ev alan azərbaycanlıların sayı artır2019-cu ilin ilk dörd ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 374 daşınmaz əmlak alıblar.

Axar.az xəbər verir ki, bu məlumatı Türkiyə Statistika Xidməti yayıb. Məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 117 ədəd və ya 31,2% çoxdur. Təkcə aprel ayında Azərbaycan vətəndaşlarının Türkiyədə aldıqları daşınmaz əmlakın sayı 87 ədəd olub ki, bu da 2018-ci ilin apreli ilə müqayisədə 19 ədəd və ya 21,8% çox olub.

Ümumilikdə cari ilin aprelində Türkiyədə 84,4 min daşınmaz əmlak satılıb. Daşınmaz əmlak satışında 18,1% artım qeydə alınıb. Satılan obyektlərin çoxu İstanbulun (15,4 min), Ankaranın (7,5 min) və İzmirin (4,7 min) payına düşüb.

Bu obyektlərin 3,7 mini xarici ölkə vətəndaşlarına satılıb. Bu göstərici keçən ilin apreli ilə müqayisədə 82,1% çox olub.
loading...
XƏBƏR LENTİ
Dünən, 19:21
SORĞU