28 apr 09:26region

GAK sədri: “İrakli Okuraşvili ruslara satıldı”

GAK sədri: “İrakli Okuraşvili ruslara satıldı”Sabiq müdafiə naziri İrakli Okuraşvili 25 aprel tarixində özünün rəsmi sosial şəbəkəsi facebook’da Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı qeyd etdiyi, “500 000 qaçqını Qırmızı Körpüdə qarşılayarsız” ifadəsi ictimaiyyətdə bir mənalı qarşılanmaıyb.

“Gürcüstanın müdafiə naziri olmuş İrakli Okuraşvili ruslara satıldı”.

Bu barədə 24News.ge xəbər portalına Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov söyləyib.

O deyib ki, İrakli Okuraşvilinin Gürcüstanın müdafiə nazirliyindən lovğalanar danışdığı üçün qovulduğunu xatırladıb: “İ.Okuraşvili Gürcüstanın müdafiə nazirliyindən lovğa-lovğa danışdğı üçün qovuldu. Gürcüstanın müdafiə naziri olmuş bir şəxs ruslara satıldı və elan etdi ki, mən rus tankları üzərində mən bu ölkəyə daxil olacam”.

Daha sonra H.Yusubov “Liberal Partiyasının” sədri Şalva Natelaşvilinin Azərbaycan Gürcüstan sərhəddində yerləşən “David Qareci” (Keşişdağ) monastır bölgəsində Azərbaycan sərhədçilərinə üz tutaraq onlara deyib ki, Sizin əcdadlarınız Orta Asiyada yaşayanda bizim əcdadlarımız burada bu mədəniyyəti qurublar. Siz Orta Asiyadan
gəlibsiniz.Sizin Qafqazla heç bir əlaqəniz yoxdur. İfadələrinə şərh bildirərək qeyd edib ki, Şalva Natelaşvili daha yaxşı olardı ki, özünün populist fikirlərini gürcülərin 100-dən artıq kilsəsini öz xəritələrində yerləşdirilmiş ermənilərə yönləndirə idi. Bu fikirlərini daha gözəl olardı və anlayışlı olardı.

“Hər ikisidə gündəmə gəlmək üçün hər şeyi edirlər amma anlamırlar ki, dostlara daş atmaqla olmur. Azərbaycan Gürcüstanın dostudur həmçinin Türkiyə və hər iki ölkə torpaq iddiası olmadan ölkəmizin torpaq bütünlüyünü dəstkləyir”, Deyə vurğulayıb

H.Yusubov əlavə edib ki, yaxşı olardı ki, Azərbaycan məmurları diqqətli ola idi. Belə populistlərə saqqız verməyəydilər.
loading...
XƏBƏR LENTİ
20-05-2019, 19:21
SORĞU