26 apr 08:39region

Sərkisyan mitinqlər vaxtı Nikoldan nə xahiş edib?

Sərkisyan mitinqlər vaxtı Nikoldan nə xahiş edib?Ermənistan Baş naziri Nikol Paşinyanın inqilab yolu ilə hakimiyyəti ələ keçirməsindən bir il ötəndən sonra parlamentin hazırkı spikeri və Paşinyanın silahdaşı Ararat Mirzoyan sosial şəbəkədə maraqlı detalları açıqlayıb. Mirzoyan bildirib ki, Ermənistan Prezidenti və sonradan Baş nazir olan Serj Sərkisyan həbs etdirdiyi Nikol Paşinyanın yanına danışıqlar üçün dəfələrlə baş nazirin müavini Karen Karapetyanı göndərib.

Sərkisyan Nikol Paşinyandan bir az gözləməyi xahiş edərək, payızda mütləq istefa verəcəyini deyib. Ancaq Paşinyan bu təklifi rədd edib və Sərkisyanın dərhal istefasını istəyib. Daha sonra Karapetyan yenidən Paşinyanın kamerasına gələrək, Sərkisyanın yaxın günlərdə istefa verəcəyini söyləyib. Paşinyan bununla da razılaşmayıb. Çarəsiz qalan Sərkisyan Paşinyanın "dərhal istefa versin” tələbini icra etmək məcburiyyətində qalıb. Beləliklə, Serj Sərkisyan 2018-ci ilin 23 aprel tarixində istefa verib.

Mirzoyanın bir ildən sonra açıqladığı məqamı "Şərq”ə dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, burada əhəmiyyətli olan fakt Sərkisyanın həbsdə saxladığı Paşinyan qarşısında əyilməsi və istefa sözü verməsidir:

"Sərkisyanı hansı güc istefaya məcbur edə bilərdi? Xalqın etirazı ilə Sərkisyanın istefaya gedəcəyi inandırıcı deyildi. Çünki Sərkisyan o şəxsdir ki, 2008-ci ildə xalqı gülləbaran etmək hesabına prezident kürsüsünə əyləşib.

Fikrimcə, yalnız iki güc Sərkisyanı istefaya məcbur edə bilərdi. Birincisi, Kreml, ikincisi isə ordu generalları. Çox güman ki, sabiq baş naziri fakt qarşısında qoyublar. Şəxsən mən ikinci ehtimalın üzərində dayanıram. Lakin bir məqamı da unutmayaq ki, erməni generallarının özü birbaşa Kremlə bağlıdırlar”.
loading...
XƏBƏR LENTİ
21-05-2019, 16:35
SORĞU