26 apr 08:31region

Moskvada azərbaycanlı jurnalist güllələndi - Video

Moskvada azərbaycanlı jurnalist güllələndi - VideoRusiyanın paytaxtı Moskvanın "Yeni Çeryomuşki" metrostansiyası yaxınlığında silahlı atışma baş verib.

Axar.az Rusiya mediasına istinadən xəbər verir ki, qanlı olayda 2 nəfər ölüb.

Belə ki, naməlum şəxs bir nəfəri odlu silahla qətlə yetirdikdən sonra özünə atəş açaraq intihar edib.

***

Baş verən silahlı insidentin təfərrüatı məlum olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, ölənlərdən birinin cibindən "The Moscow Times" nəşrinin Azərbaycan əsilli jurnalisti Vaqif Hümbətova məxsus şəxsiyyət vəsiqəsinin çıxdığı bildirilir.

Lakin məlumat öz rəsmi təsdiqi tapmayıb. Belə ki, şəxsiyyət vəsiqəsinin saxta ola biləcəyi ehtimalı var. Çünki "The Moscow Times" qəzetinin redaksiyası əməkdaşlarının hamısının sağ olduğunu açıqlayıb.

İlkin məlumatlara görə, atəş açan Rəsul Abdullayev ad-soyadlı şəxsdir. Fərziyyəyə görə, o, həmyerlisinə atəş açıb, daha sonra isə özünü öldürüb.

Ehtimal edilir ki, hadisə qisas və qan düşmənçiliyi zəminində olub.

Faktla bağlı cinayət işi açılıb.
loading...
XƏBƏR LENTİ
21-05-2019, 16:35
SORĞU